
Neymar “Barselona” ilə danışıqlara başlayıb
“Santos”un braziliyalı hücumçusu Neymar “Barselona” ilə danışıqlara başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb. Mənbənin məlumatına görə, 33 yaşlı futbolçu Kataloniyaya qayıtmaq istəyi barədə “Barselona”nın prezidenti Xuan Laportaya şəxsən məlumat verib. Neymarın “Barselona”ya keçmək üçün maaşını əhəmiyyətli dərəcədə azaltmağa hazır olduğu bildirilir. Onun əsas məqsədi pul deyil, 2026-cı il dünya çempionatı üçün əla formada olmaqdır.
“Barselona” zədəli Neymarı transfer edib-etməmək barədə hələ qərar verməyib. O, 2013-2017-ci illərdə Kataloniya klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin