Azarkeşlər Neymarı ələ saldılar
PSJ Fransa çempionatının 16-cı turunda “Strasburq”u məğlub edib (2:1).
Komanda.az xəbər verir ki, həmin matçda braziliyalı hücumçu Neymar simulyasiyaya yol verdiyi üçün ikinci dəfə sarı vərəqə alaraq, meydandan qovulub.
Neymar simulyasiyaya görə qovulduğu üçün PSJ azarkeşləri tərəfindən sərt tənqid edilib. Azarkeşlər sosial şəbəkədə braziliyalı futbolçunun ünvanına kinayə dolu szölər yazıblar:
“Təəssüf ki, Neymarın etdiyi bütün yaxşı şeylərə baxmayaraq, o, bu cür hadisələrə görə həmişə özünü və komandanı məyus edir”.
“O, hakimə baxır və inana bilmir ki, bu, tər-təmiz bir yıxılma olsa da, penalti deyil”.
“Nə yaxşı ki, buna görə meydandan qovulub. O, yaxşı oyunçudur, amma belə şeylər də edir”.
“Neymarın penalti üçün biabırçı hiyləsi. Bu, tər-təmiz bir yıxılma idi”.
“Neymar gülünc simulyasiyaya görə ikinci sarı vərəqə aldı. Bizim zarafatcılımız”.
“Yıxılacaqsansa, heç olmasa, bunu düzgün et ki, qovulmayasan”.
“Düşünürəm ki, Neymar növbəti olimpiadada peşəkar dalğıc ola bilər”.
PSJ Liqa 1-də 16 oyundan sonra 44 xalla turnir cədvəlinə başçılıq edir. “Strasburq” isə 11 xalla 19-cu pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin