Neymar Avropaya qayıtmaq istəyir

Braziliyalı hücumçu Neymar “Santos”la müqavilə bağlamağı və daha sonra Avropa çempionatlarından birinə qayıtmağı planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

“Sambaçı” 2023-cü ilin avqustundan “Əl-Hilal”da çıxış etsə də, ciddi zədə səbəbindən uzun müddət oynamayıb.

32 yaşlı futbolçu tezliklə Braziliyaya qayıdaraq “Santos”da tibbi müayinədən keçəcək. O, növbəti mövsümdə yenidən Avropada oynamaq üçün uzadılma imkanı olmadan 6 aylıq müqavilə imzalamağa hazırdır.

Neymar Avropada “Barselona” və PSJ-dəki çıxışı ilə tanınır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button