Neymar Amerika kubokunda iştirak edə bilməyəcək
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar qarşıdan gələn Amerika kubokunda oynamayacaq.
Komanda.az xəbər verir ki, bu barədə Braziliya millisinin baş həkimi Lasmar məlumat yayıb:
“Neymar Amerika kubokunda iştirak edə bilməyəcək. Hazırda o, sağalma mərhələlərini qaçırmamalı və reabilitasiya müddətini sürətləndirməlidir. Çox güman ki, biz onu yalnız gələn il avqustda meydanda görəcəyik”.
Neymara oktyabr ayında diz və meniskinin ön çarpaz bağında qopma dianozu qoyulub.
Amerika kuboku 2024-cü il iyunun 20-dən iyulun 14-dək keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin