Neymar ailəsi ilə 3 günlük gəmi gəzintisinə çıxıb
“Əl-Hilal”ın hücumçusu Neymar öz gəmisi ilə Braziliya sularında gəzinti təşkil edib.
Komanda.az AS-a istinadən xəbər verir ki, layner dekabrın 27-də Rio-de-Janeyroya yola düşüb. Gəzinti üç gün davam edəcək, bundan sonra Neymar geri qayıdacaq.
“MSC Preziosa”nın göyərtəsində ümumilikdə 3500 nəfər var. Gəmidə mağazalar, kazino, bolinq salonu, kinoteatr və əyləncə otaqları, canlı tamaşalar və konsertlər üçün zallar, su parkı var. Neymar bütün ailəsi ilə birlikdə gəmidədir.
Biletin qiyməti 1-6 min avro arasında dəyişir.
Neymar hazırda menisk zədəsi səbəbindən oynaya bilmir. O, 2024-cü ilin avqustuna qədər komandadan kənarda qalacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin