
Neymar – 50
PSJ Fransa Liqa 1-in 35-ci turunda “Nitsa” ilə qollu bərabərə qalıb – 1:1.
Komanda.az PSJ-nin saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşma Paris təmsilçisinin hücumçusu Neymar üçün əlamətdar olub. Belə ki, “Nitsa” ilə qarşılaşmada komandasının yeganə qoluna imza atan braziliyalı futbolçu, PSJ-dəki qollarının sayını 50-yə çatdırıb. Neymar, 50 qol səddinə 57 oyunda çatıb.
PSJ Fransa Liqa 1-də bir neçə tur əvvəl çempionluğunu rəsmiləşdirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin