Neymar ərəblərə “hə” deyib?
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməyə yaxın olan PSJ-nin hücumçusu Neymar bir və ya iki ildən sonra yenidən Avropaya qayıtmaq istəyir.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu DÇ-2026-dan öncə bunu reallığa qovuşdurmaq niyyətindədir.
Öncədən “sambaçı”nın “Əl-Hilal”la 2 illik müqavilə imzalayacağı bildirilirdi. Ərəblər braziliyalı oyunçuya mövsümlük 80 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.
Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barsa”dan PSJ-yə keçib. O, Liqa 1 klubunun heyətində 173 oyuna çıxıb, 118 qol vurub və 77 qolun məhsuldar ötürməsini edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin