
Neymar Suaresin millidən ayrılmaq qərarına münasibət bildirib
Səudiyyə Ərəbistanı çempionatında (“Əl-Hilal”) çıxış edən braziliyalı hücumçu Neymar Luis Suaresin Uruqvay millisindəki karyerasını bitirmək qərarına münasibət bildirib.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bunu yazıb:
“Suares əbədidir. Uruqvay futbolunun tarixinə öz adını yazdın. Sən əlasan”.
Suares 2007-ci ildən Uruqvay millisində çıxış edirdi. Tanınmış hücumçu millinin heyətində 142 oyun keçirib və 69 qola imza atıb. “İnter Mayami”nin forvardı Uruqvay millisi tarixinin bombardiridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin