“Rodrinin itkisi yalnız Halandın itkisi ilə müqayisə oluna bilər”
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill Rodrinin zədəsini müzakirə edib. “Mançester Siti”nin yarımmüdafiəçisinin 2024/25 mövsümündə oynamaq ehtimalı azdır.
Komanda.az “The Overlap”-a istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu, Pep Qvardiolanın vacib oyunçusunun itkisini necə kompensasiya edəcəyi haqda düşündüyünü deyib:
“Fikirləşdim. Qvardiolanın əlində nə var? Bu adam Xavyer Maskeranonun “Barselona”dakı mövqeyini dəyişdi və digər oyunçuları heç gözləmədiyimiz mövqelərə qoydu. İspan çalışdırıcının vacib oyunçusunun itkisini necə kompensasiya edəcəyini düşündüm. Düşünürəm ki, Rodrinin itkisi yalnız Erlinq Halandın itkisi ilə müqayisə oluna bilər. Con Stounz həll yolu olacaqmı? Qvardiola artıq bunun üzərində işləyəcək. O, sadəcə, orada oturub heç nə etmədən dayanmayacaq”.
Rodri sentyabrın 22-də, “Arsenal”la Premyer Liqa matçında (2:2) diz bağlarından zədələnib.
Bizi Facebook-da izləyin