“Mançester Yunayted”in Kunyaya çox böyük ehtiyacı var” – Sabiq futbolçu

İngiltərə millisinin sabiq futbolçusu Qari Nevill Mateus Kunyanın “Mançester Yunayted”ə mümkün transferini dəyərləndirib.

“Vulverhempton”un braziliyalı hücumçusunun 72 milyon avroya komandasını dəyişəcəyi gözlənilir.

Komanda.az “Metro”-ya istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, bu oyunçuya çox böyük ehtiyac olduğunu bildirib:

“Mançester Yunayted”in bu oyunçuya çox böyük ehtiyacı var, o bu sistemə uyğun gəlir. Hazırda “Mançester Yunayted”in oyun tərzini xatırlayın. Ceydon Sanço, Antoni və Markus Reşford kənarda qalıb. Alexandro Qarnaço ilə oyunları birtipli gedir. Onlara rəqib müdafiəçiləri keçə, mərkəzdən topu irəli daşıya, risk edə bilən biri lazımdır. Kunyanın böyük bacarıqları var”.

25 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 31 oyunda iştirak edib, 16 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button