
Portuqaliyalı futbolçu özünü “Çelsi”nin ən sürətli oyunçusu sayır
“Çelsi”nin vingeri Pedro Neto komandanın hazırkı heyətində ən sürətli oyunçunun kim olduğunu açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bunu söyləyib:
“Mən deyərdim ki, bu, mənimlə Nikolas Cekson arasındadır. Mərc etməli olsaydım, özümü seçərdim”.
25 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 32 matçda iştirak edib, 5 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



