“Selta” “Barselona”nın futbolçusuna “elçi düşdü”
“Selta” klubu “Barselona”nın qapıçısı Neto ilə maraqlanır.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “Selta” Kataloniya klubundan 32 yaşlı futbolçu ilə bağlı məlumat alıb. Xəbərdə bildirilir ki, “Barsa” bir müddət əvvəl braziliyalı futbolçu ilə müqaviləyə xitam vermək imkanını nəzərdən keçirib.
Neto 2019-cu ildə “Valensiya”dan “Barselona”ya keçib. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin