“Netçi”də yeni idman direktoru – RƏSMİ
İsveç milli komandasının idman direktoru Yens Andersson “Neftçi” ilə müqavilə bağlayıb.
Komanda.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, Andersson “Neftçi”də idman direktoru vəzifəsinə təyin olunub.
50 yaşlı mütəxəssis buna qədər ölkəsinin “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Aarhus” (2014-2016) kimi klublarında idman direktoru olaraq çalışıb. Mütəxəssis 2022-ci ildən İsveç millisində idman direktoru kimi fəaliyyət göstərib.
Hazırda idman direktoru vəzifəsində çalışan Zaur Əzizov klubda qalır və yeni idman direktoru ilə bərabər klubun inkişafı üçün çalışmağa davam edəcək.
Yens Andersson müqavilənin imzalanması üçün Bakıya gəlib. O, işə dörd həftə sonra – İsveçdə – Federasiyadakı sənədləşmə işlərini yekunlaşdırdıqdan sonra başlayacaq.
Bizi Facebook-da izləyin