Nesta istefaya göndərildi
İtaliyanın “Peruca” klubu baş məşqçisi Alessandro Nesta ilə yolları ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
B Seriyasında mübarizə aparan Nestanın komandası yüksək liqaya çıxmaq üçün pley-off-un ilk oyununda “Verona”ya 1:4 hesabı ilə uduzub. İtaliya millisinin sabiq üzvü bu məğlubiyyətdən sonra istefaya göndərilib.
Qeyd edək ki, 42 yaşlı veteran müdafiəçi ötən ilin may ayından “Peruca”nı çalışdırırıdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin