
“İnter”in futbolçusu üçün il bitdi
“İnter” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, “neradzurra”nın futbolçusu Nikolo Barella sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
A Seriyasının 13-cü turunun “Torino” ilə matçında (3:0) zədələnən 22 yaşlı yarımmüdafiəçi, ilin sonuna kimi yaşıl meydanlardan uzaq qalacaq.
Barella bu mövsüm A Seriyasında 13 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin