“İnter” ona görə 35 milyon avro ödəməyə hazırdır
“İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Komanda.az xəbər verir ki, “neradzurra” müqavilə ilə “Atalanta”ya məxsus olan Deyan Kuluşevskini transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “İnter”in 19 yaşlı isveçli üçün 35 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Kuluşevskinin “İnter”ə keçidində tək problemin futbolçunun hazırda “Parma”da icarədə olmasıdır. “Neradzurra” “Parma”nı Kuluşevskini verməyə razı salsa, isveçli yarımmüdafiəçi qış fasiləsində “İnter”ə keçəcək. Kuluşevskinin “Parma” ilə mövsümün sonuna qədər müqaviləsi var.
Bu mövsüm A Seriyasında 17 oyuna çıxan yarımmüdafiəçi, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Kuluşevski İsveç millisinin də üzvüdür.
Bizi Facebook-da izləyin