Hondadan “Neftçi” ilə bağlı açıqlama
“Neftçi”yə transfer olunacağı gözlənilən Keysuke Honda açıqlama verib.
Komanda.az “nikkansports.com”a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Azərbaycana mümkün gəlişi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib:
“Bu xəbərlər ilkin mərhələdə fasiləsiz yayılmaqdadır. Hazırda sadəcə məşq edirəm. Bir oyun oynamaq istəyirəm. Bundan zövq alıb-almayacağım artıq mənə qalıb”.
Hondanın yaxın zamanda “Neftçi”yə keçidinin rəsmiləşməsi gözlənilir. Komandanın baş məşqçisi Samir Abasov da yarımmüdafiəçi ilə danışıqların son mərhələsində olduqlarını bildirib.
98 dəfə Yaponiya millisinin formasını geyinən Honda, 2014-2017-ci illər aralığında “Milan”ın uğurları üçün çalışıb. Yarımmüdafiəçi son olaraq Braziliyanın “Botafoqo” klubunda çıxış edib.
Bizi Facebook-da izləyin