“Neftçi”yə qol vurmaq çox vacib idi” – “Rapid”in hücumçusu
“İlk hissədə pis çıxış etdik, futbol oynamağa cəhd etmədik”.
Komanda.az xəbər verir ki, bu sözləri Avstriya “Rapid”inin (Vyana) futbolçusu Qvido Burqştaller Bakıda “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
Uzatma dəqiqələrində komandasının təsəlli qoluna imza atan 33 yaşlı hücumçu bildirib ki, Vyanaya 0:2 hesablı məğlubiyyətlə qayıtmaq çox üzücü olardı:
“Fasilədən sonra “Neftçi” səhvimizdən yararlanaraq, ikinci topu vurdu. Görüşün sonlarındakı təsəlli qolu bizim üçün çox vacib idi. Çətin olsa da, hər şey cavab görüşü üçün hələ də açıq qalır. Evə, iki cavabsız top buraxaraq dönmək çox məyusedici olardı. Hər zaman belə bədbəxt hallarla üzləşmişik. Sevinirik ki, uzatma dəqiqələrində qol vurduq. Bu, çox vacib idi. Cavab qarşılaşmasında da yaxşı oyun sərgiləyə bilərik”.
Bizi Facebook-da izləyin