“Neftçi”ylə “Keşlə”nin əvəzediciləri heç-heçəyə razılaşdı

“Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, baş məşqçi Mahmud Qurbanovun yetirmələri “Keşlə-2” ilə qarşılaşıb.

“Neftçi TV” vasitəsilə canlı yayımlanan matçda heç-heçə qeydə alınıb – 1:1. Hesabı 39-cu dəqiqədə “Neftçi”nin hücumçusu Nicat Musayev açıb. Bundan 5 dəqiqə sonra təhlükəni sovuşdurmaq istəyən Nihad Qurbanlı avtoqola imza atıb.

Qeyd edək ki, yanvarın 11-dən təlim-məşq toplanışında olan “Neftçi-2” növbəti sınaq matçını “Sumqayıt-2”yə qarşı keçirəcək. Yanvarın 22-də Sumqayıtda baş tutacaq oyun saat 14:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button