“Neftçi”yə xəbərdarlıq edildi və cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, komitə “Neftçi”ni 4 000 manat məbləğində cərimələyib.

Buna “ağ-qaralar”ın azarkeşlərinin “Səbail”ə (3:0) qalib gəldikləri Premyer Liqanın 23-cü tur matçında kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Qarşılaşmadan əvvəl meydançanın vaxtında sulanmamasına görə “Neftçi”yə xəbərdarlıq da edilib.

“Səbail”ə isə 400 manat məbləğində cərimə kəsilib. “Dənizçilər”in dörd oyunçusu sözügedən matçda sarı vərəqə ilə cəzalanıb.

İntizam Komitəsi “Kəpəz”ə də xəbərdarlıq edib. Gəncə təmsilçisinin topdaşıyanları “Şamaxı”nı 3:2 hesabı ilə məğlub etdikləri oyunda topları futbolçulara ötürərkən vaxtı uzadıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button