“Neftçi”yə 8 qol vurmuş komandanın baş məşqçisi “Arsenal”ı favorit sayır

Rusiyanın “Lokomotiv” və “SKA Xabarovsk” klubunun sabiq baş məşqçisi Rinat Bilyaletdinov Avropa Liqasının 2-ci təsnifat mərhələsində Tula təmsilçisi “Arsenal”ın “Neftçi” qarşısındakı şanslarını dəyərləndirib.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis, “Arsenal”ın mərhələni keçəcəyini deyib:

“SKA Xabarovsk”da çalışdığım vaxt “Neftçi” ilə yoxlama oyununda qarşılaşmışam. Səkkiz qol vurub, birini də buraxmışdıq. Ancaq bu oyuna görə “Neftçi”nin gücü haqda bir şey deyə bilmərəm. Çünki bu, sadəcə yoxlama oyunu idi. Yəqin ki, komandada ciddi dəyişikliklər olub. Buna baxmayaraq, “Arsenal”ın yaxşı şanslarının olduğunu və mərhələni keçəcəyini düşünürəm”.

“Arsenal” – “Neftçi” matçı bu gün, saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button