“Neftçi”nin zədəlilərindən son xəbər
“Neftçi”də zədəli futbolçuların durumuna aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, bu barədə klubun baş həkim Şaiq Zöhrablı məlumat verib.
O bildirib ki, zədəsini sağaldan müdafiəçilər Azər Salahlı, Mert Çelik və yarımmüdafiəçi Rəhman Hacıyev kollektivlə birgə məşqlərə qoşulublar. Həmçinin, müdafiəçi Azər Əliyev və orta sahə oyunçusu Eddi İsrafilov da tam sağalıb. Ancaq onlar hələlik individual hərəkətlərlə kifayətlənirlər.
Yalnız gənc yarımmüdafiəçi Fərid Yusifli zədədən əziyyət çəkir. 20 yaşlı oyunçu müalicəsini davam etdirir. Uzun müddətdir komandadan uzaq düşən paraqvaylı pleymeyker Sezar Meza Kolli isə bərpa prosesi ilə məşğuldur.
“Neftçi” Misli Premyer Liqasının 13-cü turu çərçivəsində səfərdə “Sumqayıt”ın qonağı olacaq. Oyun bu gün saat 19:00-da Sumqayıt şəhər stadionunda keçiriləcək.
“Neftçi” hazırda 25 xalla Premyer Liqada 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin