“Neftçi”nin “Zenit”lə matçda zədələnən futbolçusundan xəbər
“Matç TV Kuboku” çərçivəsində iyulun 1-də “Qazprom Arena”da keçirilmiş “Zenit” – “Neftçi” matçının sonlarında zədələnmiş futbolçu Aqil Məmmədovun durumuna aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bununla bağlı məlumat verib:
“Aqil oyun zamanı epiqastral nahiyəyə kəskin zərbə almışdı. Hazırda vəziyyəti stabildir. Sadəcə, məşqlərdən bir neçə günlük azad olunub”.
“Zenit” – “Neftçi” oyunu Rusiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin