“Neftçi”nin zədəli futbolçusu məşqlərə başlayıb
Azərbaycan Premyer Liqasının 24-cü turunda “Qarabağ”la oyunda zədələnən “Neftçi”nin futbolçusu Ataa Caber məşqlərə başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.
O, İsraildən olan 29 yaşlı yarımmüdafiəçinin fiziki hazırlıq üzrə mütəxəssislə məşq etdiyini deyib:
“Onun növbəti həftə komandaya qoşulacağını düşünürəm”.
“Neftçi” bu gün 27-ci tur çərçivəsində “Kəpəz”i qəbul edəcək. Oyun saat 19:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin