“Neftçi”nin zədəli futbolçularının vəziyyəti məlum olub
“Neftçi” klubunun zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bəzi oyunçular Premyer Liqanın 20-ci turunda “Qəbələ” ilə keçiriləcək görüşü buraxacaqlar.
Doğrudur, bir müddətdir zədədən əziyyət çəkən Qara Qarayev artıq kollektivlə məşqlərə qatılır. Azər Əliyev və Reziuan Mirzov fərdi və qismən komanda ilə hazırlıqlarda iştirak edirlər.
Müalicə prosesini davam etdirən Kilan Lebon fərdi məşqlərlə kifayətlənir. Ataa Caber isə Asiya kubokunun oyunları ilə bağlı hazırda Fələstin millisinin düşərgəsindədir.
“Neftçi” – “Qəbələ” oyunu yanvarın 28-də “Neftçi Arena”da keçiriləcək. “Ağ-qaralar” hazırda 29 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin