“Neftçi”nin yeniyetmə futbolçuları “Beşiktaş”ın məşqini izləyiblər

“Neftçi”nin 17 yaşadək futbolçuları Türkiyənin “Beşiktaş” klubunun əsas komandası ilə görüşüblər.

Komanda.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə “qara qartallar”ın baş məşqçisi Ule-Qunnar Solskyaer, Bakı klubunun Futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov iştirak ediblər.

Yeniyetmə oyunçular, “Neftçi” rəsmiləri əsas komandanın məşqini izləyiblər. Ule-Qunnar Solskyaer və Zaur Əzizov bir-birilərinə klublarının formalarını hədiyyə ediblər.

Xatırladaq ki, “Neftçi”nin U-17 komandası Türkiyədə beynəlxalq turnirdə iştirak edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button