“Neftçi”nin yeni transferinin durumuna aydınlıq gəldi
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 27-də Sarayevo şəhərindəki “Qrbaviça” stadionunda keçirilmiş “Jelezniçar”la matçda zədələnmiş “Neftçi”nin futbolçusu Ervin Koffi klubun sağlamlıq sponsoru “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Komanda.az xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib:
“İlkin müayinədən sonra ciddi zədə aşkar edilmədi. Ervin Koffi bu gün fərdi məşqlərə başlayıb. Açıq daban oynağındakı ağrıları olmasa, 1-2 gündən sonra komanda ilə məşqlərə qoşula biləcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin