Honda daha 2 il millidə çalışacaq
“Neftçi”nin yeni transferi Keysuke Honda Kamboca milli komandası ilə müqaviləsini yeniləyib.
Komanda.az xəbər verir ki, yığmanın baş meneceri olan 34 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər sözləşmə imzalanıb. Bu barədə “Sport Cambodia” nəşri məlumat yayıb. Honda, daha iki il millinin baş meneceri vəzifəsini icra edəcək. Yarımmüdafiəçi 2018-ci ildən yığmada çalışır.
Honda “Neftçi” ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin