Eddi İsrafilov: “Çox xoşbəxtəm”
“Neftçi”nin yeni transferi Eddi İsrafilov Bakı klubuna keçidi haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bununla bağlı “instaqram” hesabında paylaşım edib:
“Əvvəlcə “Luqo” klubuna təşəkkür edirəm. Ayrılmaq istədiyim vaxt mənə bütün şəraiti yaratdız və qərarımı anlayışla qarşıladız. Təşəkkür edirəm! İkincisi, “Neftçi” kimi əla kluba, gözəl və cəlbedici layihəyə qoşulduğum üçün çox xoşbəxtəm”.
“Neftçi” Eddi ilə 2,5 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin