Eddi İsrafilov müharibə vaxtı müsahibə verməməsinin səbəbini açıqladı
“Neftçi”nin yeni transferi Eddi İsrafilov açıqlama verib.
Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Vətən müharibəsi vaxtı müsahibə verməməsini Azərbaycan dilində yaxşı danışa bilməməsi ilə əlaqələndirib:
“Müharibə zamanı və bitəndən sonra ordumuzu sosial şəbəkələrdə dəstəkləmişəm. 3-4 yaşımadək Azərbaycanda böyümüşəm. Bu, mənim ana Vətənimdir. Azərbaycana hörmətlə yanaşıram.
Vətən müharibəsi 27 sentyabrda başlayıb. Mən 29 sentyabrda paylaşım edərək, Azərbaycana dəstək vermişəm. Müharibə bitdikdən sonra – 10 noyabr 2020-ci ildə “Qələbə günün mübarək, Azərbaycan. Qarabağ Azərbaycandır” paylaşımları etmişəm. Yenə də vurğulamaq istəyirəm ki, “Qarabağ” – Azərbaycandır!”
“Neftçi” Eddi İsrafilovla 2,5 illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin