
“Neftçi”nin yeni baş məşqçisi müəyyənləşdi
“Neftçi” basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Vitali Stepanovskiyə tapşırılıb.
Ukraynalı mütəxəssis əvvəllər “Ximik” (Ukrayna), “Krayova” (Rumıniya) komandalarının və Ukrayna millisinin baş məşqçisi olub. Onun sonuncu iş yeri isə Estoniyanın “Parnu” klubu olub. Vitali Stepanovski həmin komandada da baş məşqçi kimi çalışıb.
Stepanovskinin köməkçiləri həmyerlisi Oleq Qonçarov və gürcüstanlı Daviti Çivçivadze olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



