“Neftçi”nin yay hazırlıq planı məlum oldu

“Neftçi”nin 2025/2026 mövsümünə hazırlıq planı müəyyənləşib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək.

Hazırlıq prosesinin ikinci mərhələsi iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq.

“Binkovski Hotel”də məskunlaşacaq komanda bu müddətdə 4 yoxlama görüşü keçirəcək. Oyunlar iyulun 17, 22, 27-də və avqustun 1-də baş tutacaq. Üçüncü matçda rəqib “Asteras” (Tripolis, Yunanıstan), sonuncu oyunda isə AEL (Kipr) olacaq.

Yoxlama görüşlərinin başlama saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button