“Neftçi”nin yarımmüdafiəçisi ən yaxşılar arasında
Yunanıstan Superliqasında 2017/18 mövsümünün ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Komanda.az xəbər verir ki, ən yaxşı futbolçu adına namizədlər, “Neftçi”nin futbolçusu Vangelis Platellas, OFİ-dən Dimitrios Manos və “Trikala”dan Atanasios Dinasla olub.
“Neftçi”nin yeni transferi Platellas 2017/18 mövsümündən “Aris”in şərəfini qoruyub. Yay transfer pəncərəsi dövründə OFİ klubuna keçən yarımmüdafiəçi, 2019-cu ilin yanvarında “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin