Namik Ələskərov Türkiyə klubu ilə razılaşdı

“Neftçi”nin və Azərbaycan milli komandasının futbolçusu Namik Ələskərov karyerasını Türkiyədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 26 yaşlı yarımmüdafiəçinin “Bursaspor” klubu ilə razılıq əldə etdiyi bildirilib.

“Transfermarkt”da dəyəri 750 min avro olan Namikin “Neftçi” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

“Bursaspor” Türkiyə 1-ci liqasında mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button