“Neftçi”nin tələbi rumınların geri addım atmasına səbəb olub
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın Rumıniyanın “Universitatya Krayova” klubuna keçməməsinin səbəbi məlum olub.
Komanda.az “playtech.ro”-ya istinadən xəbər verir ki, “Universitatya Krayova”nın rəhbərliyi Bakı klubunun baş məşqçi üçün təzminat tələbini müsbət cavablandırmayıb.
Regekampfın “ağ-qaralar”la müqaviləsi davam etdiyindən, “Neftçi” qarşı tərəfdən 150 min avro təzminat istəyib. Yalnız bundan sonra “Universitatya Krayova”nın maliyyə dəstəkçisi Mixai Rotaru Regekampfla işləmək fikrindən vaz keçib.
Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin