“Neftçi”nin stadionunun adı dəyişdirilib

“Neftçi”nin ev oyunlarını keçirdiyi stadionun adı dəyişdirilib.

Komanda.az xəbər verir ki, bu barədə klubun prezidenti Fərrux Mahmudov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bundan sonra stadion “Neftçi Arena” adlandırılacaq:

“Azarkeşlərin istəyi nəzərə alınaraq, “Neftçi” – “Beşiktaş” oyunu doğma stadionumuzda keçiriləcək. Bu gündən etibarən arenamızın adı nə “Bakcell Arena” nə də 8-ci km adlanacaq. Stadionun adı “Neftçi Arena” oldu”.

Stadion daha əvvəl 8-ci km və “Bakcell Arena” adlanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button