“Neftçi”nin stadionu təmirə bağlanır

“Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Komanda.az xəbər verir ki, 8-ci km stadionunda planlaşdırılan yenidənqurma işlərini əsas gətirən paytaxt təmsilçisi “Sumqayıt”a qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib. Stadionda aparılacaq işləri, “Neftçi”nin müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan PFL, “Neftçi” və “Sumqayıt” komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.

Bununla da, 3-cü dövrənin bu həftə “Sumqayıt”a qarşı keçiriləcək oyunu 8-ci km stadionunda, 4-cü dövrənin görüşü isə Sumqayıtda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button