“Neftçi”nin sonuncu rəqibi bilindi

Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərində olacaq “Neftçi”nın təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, “ağ-qaralar” yanvarın 24-də “Emirhan Sports Complex Side”ın stadionunda Ukraynanın “Desna” klubu ilə qarşılaşacaq.

Türkiyədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi” yanvarın 15-də Polşanın “LKS Lodz”, 20-də isə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə də üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button