
“Neftçi”nin sabiq prezidentinə UEFA-dan təyinat
UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çexiyada yerli “Slaviya” və Belçikanın “Yunion” komandaları arasında keçiriləcək Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, avqustun 7-də Praqa şəhərində yerləşən “Eden Arena”da keçiriləcək oyunu almaniyalı baş hakim Tobias Stieler idarə edəcək.
Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin