“Neftçi”nin sabiq prezidenti “Roma”nın oyununda

“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

Komanda.az xəbər verir ki, o, İtaliyada “Roma” və Avstriya “Zalsburq”u arasında oynanılacaq Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə UEFA nümayəndəsi olacaq.

Fevralın 23-də keçiriləcək qarşılaşma saat 00:00-da başlayacaq. İlk görüşdə Avstriya təmsilçisi qələbə qazanıb (1:0).

Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button