
“Neftçi”nin sabiq prezidenti ÇL matçına təyinat aldı
“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb.
Komanda.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasında qrup mərhələsinin “Başakşəhər” (Türkiyə) – “Leyptsiq” (Almaniya) matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, dekabrın 2-də keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin