“Azərbaycan eşitdiyimiz kimi deyil, orda şərtlər fərqli və gözəldir” – “Neftçi”nin sabiq futbolçusu

“Neftçi”nin sabiq futbolçusu Vangelis Platellas Yunanıstan mətbuatına açıqlama verib.

Komanda.az “metrosport.gr” saytına istinadən xəbər verir ki, “İonikos” klubunda çıxış edən 32 yaşlı yarımmüdafiəçi Azərbaycanda keçirdiyi günlərdən də danışıb:

“Neftçi”yə gedərkən Yunanıstandan ilk dəfə idi ayrılırdım. Bu, mənim üçün həyat təcrübəsi idi. Azərbaycan eşitdiyimiz kimi deyil, orda şərtlər fərqli və gözəldir”.

Platellas 2019-cu ilin yanvarından 2020-ci ilin iyununa kimi “Neftçi”də çıxış edib. Yarımmüdafiəçi “ağ-qaralar”la 31 oyunda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button