“Neftçi”nin sabiq futbolçusu klubunu dəyişdi
“Neftçi”nin sabiq futbolçusu Mamadu Mbodj Qazaxıstanın “Ordabaşı” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, seneqallı müdafiəçi “Hapoel Hadera”ya keçib.
Bu barədə İsrail klubunun mətbuat xidməti məlumat yayıb.
Mbodj 2019-cu ilin yanvarından 2022-ci ilin sonunadək “Neftçi”də çıxış edib. O, “ağ-qaralar”la çempionluq da yaşayıb. 30 yaşlı futbolçu daha əvvəl “Srvena Zvezda”, “Napredak”, “Jalgiris” komandalarında da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin