“Neftçi”nin sabiq futbolçusu Fransa klubunda

Qış fasiləsində “Neftçi”dən ayrılan Prins İbaranın yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, müqavilə ilə Belçika “Birşot”una məxsus olan hücumçu karyerasını Fransada davam etdirəcək. Konqolu futbolçu icarə əsasında “Şatoru” klubuna keçib.

Afrikalı forvard Liqa 2 təmsilçisi ilə cari mövsümün sonunadək sözləşmə imzalayıb.

25 yaşlı futbolçu cari mövsmün ilk yarısını “Neftçi”də icarə əsasında keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button