“Neftçi”nin sabiq baş məşqçisi Moldova millisindən ayrıldı

Futbol üzrə Moldova millisinin baş məşqçisi Roberto Bordin istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis sosial şəbəəkə hesabında paylaşım edib.

O, yığmadakı fəaliyyətinin başa çatdığını bildirib: “2021-ci il yeni idman və həyat təcrübələrini inkişaf etdirmək baxımından məhsuldar il oldu. Federasiyaya, onun prezidentinə və ətrafımda olan hər kəsə təşəkkür etmək istəyirəm. Moldovada futbolu inkişaf etdirmək üçün bütün strukturların, resursların böyüməsini və inkişafını arzulayıram”.

56 yaşlı mütəxəssis bu ilin fevralında Moldova millisinin baş məşqçisi təyin olunmuşdu. O, 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button