“Neftçi”nin sabiq baş məşqçisi İran klubunda
“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç İranın “İstiqlal” (Xuzistan) klubu ilə anlaşıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, monteneqrolu mütəxəssisin müqaviləsinin təfərrüatları açıqlanmayıb.
“İstiqlal” ötən mövsüm İran çempionatını 14-cü yerdə tamamlayıb.
56 yaşlı məşqçi 2023/2024 mövsümündə “Neftçi”ni çalışdırıb. Paytaxt klubu onun rəhbərliyi altında mövsümü 5-ci pillədə bitirib və avrokuboklardan kənarda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin