
AFFA “Neftçi”nin sabiq baş məşqçisinə iş verdi
“Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov Azərbaycanın U-15 və U-16 milli komandasını çalışdıracaq.
Komanda.az xəbər verir ki, bu barədə bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
44 yaşlı mütəxəssis Azərbaycanın U-15 və U-16 yığmalarına baş məşqçi təyin olunub.
Füzuli Məmmədov ötən ilin yanvarından noyabrına qədər “Neftçi”də baş məşqçilik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin