“Neftçi”nin Səudiyyə Ərəbistanı klubu ilə oyunu ləğv olundu

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Oruba” ilə yoxlama oyunu ləğv edilib.

Komanda.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna rəqibin matçdan imtina etməsi səbəb olub.

Əvəzində “Neftçi” ikitərəfli oyun keçirəcək.

Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Ərzurumspor” (0:0) klubları ilə sınaq matçında qarşılaşmış komanda toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button