“Neftçi”nin səhifəsində gördüyüm bir cümlə çox xoşuma gəlmişdi” – Cemal Bülbül

“Neftçi”nin idman direktoru Zaur Əzizovla iki ay əvvəl danışmağa başladıq. Ona hədəflərimi anlatdım. Klub prezidenti Kamran Quliyev də bizi dinləyib, bura gəlməyimə vəsilə oldu. Qardaş ölkədən gəldiyim üçün hər ikisinin qardaşlığını hiss etdim”.

Komanda.az xəbər verir ki, bu sözləri “Neftçi” Futbol Akademiyasının yeni direktoru Cemal Bülbül deyib.

35 yaşlı mütəxəssis “Neftçi” TV-yə müsahibəsində Bakıdakı həyatından danışıb:

“Burada özümü yad hiss etmirəm. Çünki qardaş ölkədəyəm. Tək problemim ailəmin uzaqda olmasıdır. Ancaq onlar da bir ay içərisində bura yanıma gələcəklər”.

Daha sonra Cemal Bülbül “Neftçi”dəki hədəflərini bildirib:

“Neftçi”nin səhifəsində gördüyüm bir cümlə çox xoşuma gəlmişdi. Yazılmışdı ki, bizdə əsas məqsəd oyun yox, oyunçu qazanmaqdır. Bu cümlə mənə təsir etdi. Ona görə də, ilk hədəfimiz futbolçuların “Neftçi”yə olan bağını möhkəmlətməkdir.

Futbol həyatında 10-12 yaş aralığı önəmlidir. Bu yaşda nə futbol öyrəndinsə, o sənin gələcəyini də təmin edir. 17-19 yaş aralığında bunu öyrənmək çox çətin olur”.

“Neftçi” Cemal Bülbüllə 2 illik müqavilə bağlayıb. O, “Neftçi”yə gələnədək “Göztəpə” klubunun Matç və Performans Təhlili və Skautluq Departamentində çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button