
“Neftçi”nin rəqibinə bir qol bəs etdi
Futbol üzrə Finlandiya çempionatında 15-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan HJK da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə KTP ilə qarşılaşıb. Qarşılaşma Helsinki klubunun minimal hesablı səfər qələbəsiylə başa çatıb – 1:0.
“Neftçi”nin rəqibi bu qələbədən sonra 38 xalla 12 kollektiv arasında zirvədə qərarlaşıb.
Qeyd edək ki, “Neftçi” ilə HJK arasında Bakıda keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 2:2. Avqustun 12-də “Bolt Arena”da keçiriləcək cavab oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin